RU

Ukrayna BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlar üçün nümayəndə heyətini genişləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, ABŞ və Rusiya arasında keçiriləcək üçtərəfli danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini genişləndirib.

APA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında deyib.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov və onun müavini Sergey Kislitsa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Ali Radanın “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski daxildir.

Zelenski bildirib ki, nümayəndə heyətinin mandatı aydındır. O əlavə edib ki, bugün saat 15:00-dan sonra danışıqların mövzularını, gözləntiləri və çərçivəsini razılaşdırmaq məqsədilə telefon müşavirəsi keçiriləcək.

Qeyd edək ki, bu formatda keçiriləcək görüş ilk üçtərəfli danışıqlar olacaq və 23–24 yanvar tarixlərində BƏƏ-də baş tutacaq.

Избранный
27
apa.az

1Источники