RU

AB və ABŞ arasındakı 80 illik münasibət… - Kallas

Bu həftə transatlantik münasibətlərə dəyən ciddi ziyana baxmayaraq, Avropa Birliyi onları gücləndirmək üçün səylərini davam etdirmək niyyətindədir.

Aktual.az xəbər verir ki, bunu AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Transatlantik münasibətlər bu həftə həqiqətən də böyük zərbə aldı. Lakin bu il biz artıq başa düşdük ki, bu münasibətlər əvvəlki kimi deyil. AB ABŞ ilə 80 illik yaxşı münasibəti ləğv etmək istəmir və bunun üzərində işləməyə çalışır", - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Davos Beynəlxalq İqtisadi Forumunda çıxış edərək Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün güc tətbiqinin istisna edildiyinə əminlik verib. Daha sonra o, sağlam düşüncənin qalib gələcəyinə və ABŞ-ın güc tətbiq etməsinə ehtiyacın aradan qalxacağına ümid etdiyini bildirib.

Избранный
4
34
ulusum.az

10Источники