RU

ABŞ-də dondurulan Rusiya aktivlərinin həcmi açıqlanıb

ABŞ-də dondurulan Rusiya aktivlərinin həcmi 5 milyard dollardan azdır.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, əvvəlki ABŞ administrasiyası Rusiyaya məxsus aktivlərin bir hissəsini bloklayıb, lakin dəqiq məbləğ açıqlanmayacaq.

Peskov qeyd edib ki, Ukraynada mümkün atəşkəsdən sonra bu vəsaitlərin istifadəsi müzakirə olunur və münaqişə zamanı ən çox zərər çəkən ərazilərdən biri Donetsk Xalq Respublikasının ərazisidir.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri ilə görüşündə ABŞ-də dondurulmuş Rusiya aktivlərinin taleyi də müzakirə olunub. Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Qəzza Sülh Şurasına 1 milyard dollar ayırmağa hazırdır, qalan vəsait isə Ukraynada zərər çəkmiş ərazilərin bərpasına yönəldilə bilər.

Seyranə Quliyeva

Missiya.Az

Избранный
98
missiya.az

1Источники