RU

Koreya səfiri Dövlət Gömrük Komitəsinin sədri ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının ölkəmizdəki səfiri cənab Kanq Kımqu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovu iqamətgahına dəvət edərək onun şərəfinə şam yeməyi təşkil edib.

Hafta.az yazır ki, Koreyaya bir neçə dəfə səfər etmiş komitə sədri bu il ərzində də Koreya ilə əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib. Səfir Kanq isə bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Koreya mətbəxini məmnuniyyətlə qarşılayan komitə sədri ilə keçirilən görüş iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin bariz nümunəsidir.

Bu arada, səfir Kanq Kımqu Koreya xarici işlər naziri adından, Koreya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə vermiş İnha Universitetinə nazirin təşəkkürnaməsini təqdim edib.

Избранный
161
hafta.az

1Источники