RU

Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şirvan şəhərində vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Yanvarın 23-də keçirilən görüşdə Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaq tələbi və digər məsələlər yer alıb.

Görüş zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Избранный
156
2
azerbaijan-news.az

5Источники