Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan Fransız Universiteti (UFAZ) üçün 2026-cı il ərzində planlaşdırılan tədbirlər zamanı iaşə xidmətləri ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.
Pravda.az-ın xəbərinə görə, tenderi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ləğv edib.
Buna səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin dəyəri 263 122 AZN olub.
Cabir
Tarix: 23 Yanvar 2026, 17:01