RU

"Tottenhem" "Liverpul"un futbolçusunu transfer edir - SON DURUM

"Tottenhem" İngiltərə Premyer Liqasının digər təmsilçisi "Liverpul"un müdafiəçisi Endryu Robertsonun heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

31 yaşlı şotlandiyalı futbolçunun "Liverpul"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmə imzalanmayacağı bildirilib.

London təmsilçisi bu yay müdafiəçini azad agent statusu ilə rənglərinə bağlamağı hədəfləyib. Hazırda tərəflər bu yöndə danışıq aparır.

Robertson 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır.

Kamil Xudiyev

Избранный
14
fanat.az

1Источники