RU

Mustafa Aşurov: Xalq Çalğı Alətləri Orkestri musiqi irsinin qorunmasında mühüm rol oynayır

Bakı, 23 yanvar, AZƏRTAC

Bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi tamam olur. Bu dövr ərzində Orkestr milli musiqi irsinin qorunması, inkişaf etdirilməsi və gənc nəslə ötürülməsində mühüm rol oynayıb. Kollektiv öz zəngin yaradıcılığı ilə milli musiqi ənənələrinin yaşadılmasına və təbliğinə töhfə verməyə davam edir.

Bunu AZƏRTAC-a açıqlamasında orkestrin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı, tarzən və dirijor Mustafa Aşurov deyib.

O bildirib ki, yubiley münasibətilə keçirilən tədbirlər planı çərçivəsində bu gün Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub. Konsert proqramında klassik ənənələrə əsaslanan, eyni zamanda müasir yanaşma ilə işlənmiş musiqi nümunələri yer alıb.

Mustafa Aşurov qeyd edib ki, yubiley ili ərzində bu cür konsertlərin keçirilməsi davam etdiriləcək.

Избранный
156
azertag.az

1Источники