RU

Android istifadəçiləri üçün təhlükə: rəsmi tətbiq mağazası üzərindən yayılan yeni trojanlar aşkarlandı » AzadMedia.az


Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android əməliyyat sistemi istifadəçiləri üçün ciddi risk yaradan yeni zərərli proqram ailəsini aşkar ediblər. Dr.Web antivirus laboratoriyasının məlumatına görə, Android.Phantom ailəsinə aid olan trojanlar bəzi hallarda hətta Xiaomi şirkətinin rəsmi GetApps tətbiq mağazası üzərindən yayılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, zərərli kodlar populyar mobil oyunların tərkibinə sonradan – yeniləmələr vasitəsilə daxil edilib. Sözügedən oyunlar yüz minlərlə dəfə yüklənib və ilk versiyalarında təhlükə mövcud olmayıb. Lakin son yeniləmələrdən sonra istifadəçilərin xəbəri olmadan reklam keçidlərinin süni şəkildə artırılması və digər qeyri-qanuni əməliyyatlar həyata keçirilib.
Mütəxəssislərin bildirdiyinə görə, daha sonrakı mərhələdə tətbiqlərə əlavə modul yerləşdirilib ki, bu da digər trojan və casus proqramların yüklənməsinə imkan yaradıb. Nəticədə cihaz barədə məlumatlar, telefon nömrəsi, geolokasiya və quraşdırılmış tətbiqlər barədə məlumatlar üçüncü şəxslərin əlinə keçə bilər.
Dr.Web şirkəti xəbərdarlıq edir ki, oxşar zərərli proqramlar həmçinin Spotify, YouTube, Netflix kimi populyar servislerin modifikasiya olunmuş versiyaları vasitəsilə də yayılır. Bu cür tətbiqlər əsasən qeyri-rəsmi saytlar və Telegram kanalları üzərindən paylaşılır.
Qeyd olunur ki, yoluxmuş cihazlar dələduzluq məqsədləri, spam yayımı və botnet şəbəkələrində istifadə oluna bilər. Bu isə şəxsi məlumatların sızmasına, internet trafikinin və batareya sərfiyyatının artmasına səbəb olur.
Mütəxəssislər xüsusilə valideynləri diqqətli olmağa çağırır. Çünki uşaqlar rəqəmsal təhlükəsizlik risklərini nəzərə almadan tətbiqləri daha tez yükləyirlər. İstifadəçilərə yalnız rəsmi mənbələrdən tətbiq yükləmək və yeniləmələrə qarşı diqqətli olmaq tövsiyə olunur.
Избранный
96
1
azadmedia.az

2Источники