Azərbaycanda azyaşlı uşaqların iştirakı ilə həyata keçirilən yeni bir “soyğunçuluq biznesi” yayılıb.Metbuat.az-ın məlumatına görə, sosial media istifadəçiləri bildirirlər ki, 8–12 yaş arası uşaqlar marketlərdə alıcılara yaxınlaşaraq valideynlərindən birinin vəfat etdiyini, digərinin isə ağır xəstə olduğunu deyir və çay, düyü, yağ, qənd kimi ərzaq məhsullarının alınmasını xahiş edirlər. Vətəndaşların sözlərinə görə, bu yolla əldə edilən məhsullar sonradan dəyərindən aşağı qiymətə mərasim evlərinə, çayxanalara və məhəllə arası dükanlara satılır. İddialara əsasən, bu fəaliyyəti tək-tük şəxslər deyil, müəyyən qruplar həyata keçirir. Paylaşım edənlər qeyd edirlər ki, bu hallarla paytaxtın müxtəlif marketlərində tez-tez rastlaşmaq mümkündür və bir çox vətəndaş oxşar vəziyyətlə qarşılaşıb. Sevinc İbrahimzadə / Metbuat.az