RU

İndoneziyada torpaq sürüşməsi - 7 nəfər ölüb, 80-dən çox insan itkin düşüb

İndoneziyada baş verən torpaq sürüşməsi insan tələfatına səbəb olub.

BAKU.WS-in məlumatına görə, "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Agentliyinə istinadən xəbər yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində azı 7 nəfər həyatını itirib, 82 nəfər isə itkin düşüb. Hadisə Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda qeydə alınıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Избранный
29
1
far.az

10Источники