Bakı. Trend:
Cənubi Koreyanın Baş naziri Kim Min Sok ABŞ-nin vitse-prezidentiCey Di Vensə Koreya Xalq Demokratik Respublikasına xüsusi elçigöndərilməsini təklif edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreyanın Baş naziri bu təklifi Ağ Evdə keçirilən görüşzamanı irəli sürüb. Görüş onun ABŞ-yə beşgünlük səfəri çərçivəsindəbaş tutub.
“Kimliyindən asılı olmayaraq Şimali Koreyaya xüsusi elçiningöndərilməsi, münasibətləri yaxşılaşdırmaq niyyətini göstərmək üçünbir vasitə ola bilər,” – deyə Min Sok bildirib.
Xatırladaq ki, yanvar ayında ölkənin Müdafiə Nazirliyininmüdafiə siyasəti departamentinin direktoru Kim Hon Çxol SeulunKXDR-ə qarşı hər hansı təxribat planının olmadığını bəyanetmişdi.