RU

Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...

Keçən həftə gündəlik istifadə etdiyim 72 nömrəli avtobusda 6 yaşlı uşaq üçün ödənməyən gediş haqqına görə sürücü ilə sərnişin arasında yaranan mübahisə sonda sürücünün avtobusdan düşərək idarəetmədən imtina etməsi ilə nəticələndi. Bir gün sonra paytaxtdakı 2 nömrəli avtobusda da oxşar hadisə baş verdi: sürücü nəqliyyat vasitəsini yol kənarına verərək saxladı və sürməkdən imtina etdi…

Mediada və sosial platformalarda sürücünün bu davranışı geniş müzakirə olundu. Ard-arda baş verən bu hadisələr diqqəti yenidən sürücü-sərnişin, sürücü-şirkət münasibətlərinə yönəltdi.

Səbir, etik normalara və təhlükəsizliyə əməl etmək tələb olunur

Bu mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdikdə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Orucov bizi “BakuBus” MMC-yə yönləndirdi.

“Bakubus” MMC-nin istismarında olan avtobusların sürücüləri sərnişinləri marşrut üzrə son mənzilə çatdırmaq öhdəliyini daşıyırlar və bu, onların əsas vəzifələrindən biridir”, - deyə MMC-nin mətbuat katibi Əsmər Əliyeva cavabı çox yubatmadı. Eyni zamanda qeyd etdi ki, sürücülərdən hərəkət zamanı səbirli, təmkinli davranış nümayiş etdirmələri, etik normalara və təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunur”. Ə.Əliyeva vurğuladı ki, bəzi hallarda sərnişinlə insident zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar da baş verə bilər: “Belə vəziyyətlərdə təlimata əsasən sürücü təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobusu saxlayaraq monitorinq mərkəzinə məlumat verir və hadisə qeydə alınır. Bu kimi hallar dərhal araşdırılır, avtobusdaxili videomüşahidə kameralarının görüntülərinə baxılır və məsələ hərtərəfli qiymətləndirilir”.

Избранный
33
publika.az

1Источники