Ötən gün Azərbaycanın Qarabağ bölgəsindən Ermənistan könüllü olaraq 10 erməni və 1 rus əsilli sakinin köç etdiyi barədə xəbər vermişdik.
Modern.az "Hraparak"a istinadən xəbər verir ki, köçürülənlər arasında rus əsilli Ermənistan vətəndaşı, yazıçı Sergey Oqoltsov da var. Oqoltsovun 1987-ci ildə Qarabağa köçdüyü və son aylar öz əsəri üzərində çalışdığı bildirilir.
Onun qısa hekayələr müəllifi kimi məhdud çevrədə tanındığı da vurğulanır.