RU

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

Qahirə, 24 yanvar, AZƏRTAC

İraq İŞİD terror təşkilatından olan əcnəbi məhbusların hamısının öz ölkələrinə təhvil verilməsi istiqamətində addımlar atmaq niyyətində olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq hökumətinin sözçüsü Bəsim əl-Əvvadi açıqlamasında bildirib: “Xarici məhbusları öz ölkələrinə təhvil verməzdən əvvəl İŞİD məhbuslarını Suriyadan İraqa köçürməklə qabaqlayıcı addım atdıq. Terror təşkilatının üzvlərinin şəxsiyyətləri ilə bağlı geniş məlumat bazamız mövcuddur”.

Vurğulanıb ki, rəsmi Bağdad bu istiqamətdə prosesin icrasına başlamaq üçün hüquqi prosedurları tamamlayır və xüsusilə xarici ölkə vətəndaşı olan İŞİD məhbuslarının şəxsiyyətləri ilə bağlı ətraflı araşdırma aparılır.

Diqqətə çatdırılıb ki, ölkələrinə təhvil veriləcək 150 nəfərdən ibarət əcnəbi məhbusların ilk qrupu ilə bağlı hüquqi prosedurlar artıq başa çatdırılıb. Hazırda İraq həbsxanalarında saxlanılan İŞİD üzvlərinin ümumi sayı 7 min nəfər təşkil edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
85
7
azertag.az

9Источники