RU

Günay Ağamalı partiya sədri seçildi

BAKI, 24 yanvar. TELEQRAF

Ana Vətən Pariyasının bu gün keçirilən qurultayında yeni sədrin adına aydınlıq gəlib.

Teleqat-ın əldə etdiyi məlumata görə, qurultayda millət vəkili Günay Ağamalı partiya sədri seçilib.

Qeyd edək ki, sabiq deputat, AVP sədri Fəzail Ağamalı partiyanın bundan öncəki qurultayında istefa verdiyini açıqlamışdı. Sözügedən qurultay sədrliyə namizəd Elçin Ağamalının iştirakı ilə qalmaqalla yadda qalmışdı.

Belə ki, F.Ağamalı Günay Ağamalının namizədliyini dəstəklədiyini, Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirmişdi. Bundan sonra tərəflər arasında gərginlik yaşanmışdı.

Избранный
79
teleqraf.com

1Источники