RU

"Sözüm kimlərinsə xoşuna gəlməsə də, layiqli qələbə qazandıq" - Azər Bağırov

"Kəpəz" Misli premyer-liqasının 17-ci tur matçında "Qarabağ"a qalib gəldi - 2:0.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Qarabağ"ı Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edirəm. İnşallah Avropada yollarına davam edərlər. Oyunun nə qədər çətin olacağını bilirdik. Rəqibin birinci və ikinci heyəti arasında fərq yoxdu. "Qarabağ" bu gün hətta Avropada TOP komandalardandı. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardı. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.

- "Qarabağ"ın "Ayntraxt"la oyundakı heyəti meydanda olsaydı, nəticə fərqli ola bilərdi?
- Hər şey ola bilərdi.

- Oyundan öncə belə hesabı təxmin edirdiz?
- Yox. Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdu. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdı. Vuruşdular, qollarımızı vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, layiqli qələbə qazandıq.

- "Qarabağ"ı məğlub etdiyiniz üçün "Kəpəz"də əla mükafat olacaq?
- Onu rəhbərlik bilər. Belə məsələlərə biz qarışmırıq. Mənə elə gəlir ki, futbolçuları layiqincə qiymətləndirəcəklər.

Избранный
25
6
football-plus.az

10Источники