RU

“Qarabağ” 7 saat havada uçacaq

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ” səfərdə “Liverpul”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki,Ağdam təmsilçisinin İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub.

Qurban Qurbanovun komandası yanvarın 26-da Liverpul şəhərinə gedəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub.

“Qarabağ”ı yetərincə uzun yolçuluq gözləyir - düz 7 saat.

“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.

Избранный
108
3
sportinfo.az

10Источники