AZ

"Liverpul" - "Qarabağ" oyunu slovakların ümidinə buraxıldı

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək.

Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.

Seçilən
41
9
sportinfo.az

5Mənbələr