Çempionlar Liqasının liqa mərhələsinin sonuncu - 8-ci turunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FİFA referisi İvan Kruylyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
VAR hakimi Pol van Boekelə, onun köməkçisi isə Yan Boterberq olacaq.
Xatırladaq ki, “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə yanvarın 29-u, saat 00.00-da başlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta