RU

Minneapolis meri məhkəmədən miqrantlara qarşı əməliyyatları dayandırmağı tələb edib

Minneapolis şəhərinin meri Ceykob Frey məhkəmədən qanunsuz immiqrantlara qarşı federal əməliyyatların müvəqqəti olaraq dayandırılmasını istədiyini açıqlayıb.

"Far.Az"un məlumatına görə, bu barədə mer şəhərdə baş verən silahlı insidentlə əlaqədar təşkil olunmuş mətbuat konfransında bildirib.

"Bugünkü atışmadan sonra Minneapolis, hakimdən bazar ertəsi günü müvəqqəti qadağan qərarı verməsini tələb etmək üçün vəsatət təqdim edir. Bu, bizə dərhal rahatlıq gətirəcək, Minneapolis və Minnesotaya çoxlu ziyan vuran, bir neçə atışmaya və faciəli ölümə səbəb olan mövcud əməliyyatın qarşısını almağa kömək edəcək", - deyə o bildirib.

Mer həmçinin Minneapolisdəki etirazların əsasən dinc olduğunu, lakin Minnesota Milli Qvardiyasından kömək istəmək qərarına gəldiyini söyləyib: "Minneapolis polis departamentində təxminən 600 polis əməkdaşı var. İstirahət günləri isə ləğv edilib. Biz təkbaşına bunun öhdəsindən gələ bilmərik, ona görə də köməyə ehtiyacımız var".

Избранный
31
far.az

1Источники