RU

FÖVQƏLADƏ VƏZİYYƏT: 12 mindən çox reys LƏĞV EDİLDİ – NƏ BAŞ VERİR…

ABŞ-də güclü qış fırtınası səbəbindən 12 mindən çox aviareys ləğv olunub. Fırtına həftəsonu ölkənin bir çox bölgəsində buzlanma, güclü qar və sərt şaxtalarla müşayiət olunub. Eyni zamanda 100 mindən çox istehlakçı elektrik enerjisiz qalıb.

Bu barədə “Reuters” və “CBS News” məlumat yayıb.

Sinoptiklərin proqnozuna görə, bazar günü və gələn həftə ölkənin şərq hissəsinin təxminən üçdə ikisi qar, sulu qar və yağışın təsiri altına düşəcək. Həmçinin hava temperaturu mənfi göstəricilərə enəcək.

ABŞ prezidenti Donald Tramp baş verənləri “tarixi fırtınalar” adlandırıb. O, şənbə günü Cənubi Karolina, Virciniya, Tennessi, Corciya, Şimali Karolina, Merilend, Arkanzas, Kentukki, Luiziana, Missisipi, İndiana və Qərbi Virciniya ştatlarında təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyətin elan olunmasını təsdiqləyib.

“Biz vəziyyəti izləməyə davam edəcəyik və fırtınanın yolunda olan bütün ştatlarla əlaqə saxlayacağıq. Özünüzü qoruyun və isti qalın”, – deyə Tramp paylaşımında qeyd edib.

Uçuşları izləyən “FlightAware” xidmətinin məlumatına görə, şənbə günü aviaşirkətlər 3 700-dən çox reysi ləğv edib, bazar günü üçün isə bu rəqəm 8 200-ü keçib. Media bildirir ki, bu, 2020-ci ilin martında COVID-19 pandemiyası başlayandan bəri bir gün ərzində qeydə alınan ən yüksək ləğv göstəricisidir.

“CBS News”un məlumatına görə, ən çox zərər çəkən hava limanları arasında Dallas–Fort-Uert, Neşvill və Şarlotta Duqlas beynəlxalq hava limanları yer alıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib ki, hava şəraiti ilə əlaqədar 17 ştatda və Kolumbiya Dairəsində fövqəladə vəziyyət elan olunub.

Nazir Kristi Noem şənbə gecəsi bildirib ki, ölkənin cənub ştatlarında on minlərlə insan işıqsız qalıb:

“Zərər çəkmiş bölgələrdə elektrik enerjisinin mümkün qədər tez bərpa olunması üçün təmir briqadaları fasiləsiz çalışır”.

Bununla belə, elektrik enerjisi kəsintilərinin sayı artmaqda davam edib. “PowerOutage” xidmətinin məlumatına əsasən, şənbə günü şərq vaxtı ilə saat 18:30-a olan vəziyyətə görə ABŞ-da 130 mindən çox istehlakçı işıqsız qalıb. Onların əksəriyyəti Texas və Luiziana ştatlarında yaşayır.

Musavat.com

Избранный
33
editor.az

1Источники