RU

Liviyada 20 milyard dollarlıq neft sazişi

Liviya, neft hasilatı gücünü gündəlik 850 min barel artırmaq məqsədilə Fransa şirkəti TotalEnergies və ABŞ-l ConocoPhillips ilə 25 illik nəhəng saziş imzalayır.

Liviya Baş naziri Abdulhamid Dibeybə imza mərasimi ilə ölkənin enerji infrastrukturunu transformasiya edəcək 25 illik neftin inkişafı üzrə sazişin qüvvəyə minəcəyini açıqlayıb. Saziş çərçivəsində, tamamilə xarici mənbələr hesabına olmaqla, 20 milyard dollardan çox investisiyanın Liviya iqtisadiyyatına cəlb edilməsi gözlənilir.

Strateji tərəfdaşlıqda Fransa şirkəti TotalEnergies və ABŞ mərkəzli ConocoPhillips ön plana çıxır. Bu addım ilə Liviyanın gündəlik neft hasilatı gücünün 850 min barel artırılması hədəflənir. Baş nazir Dibeybə tərəfindən elan edilən bu strateji addım, ölkənin qlobal enerji bazarındakı rolunu gücləndirməyi məqsəd qoyur.

Избранный
59
marja.az

1Источники