RU

Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik bərpa ediblər.

"Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb", - Kliçko yazıb.

O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.

Xatırladaq ki, yanvarın 20-də Rusiya qüvvələrinin atəşi nəticəsində Kiyevdə 5600-dən çox çoxmərtəbəli bina istiliksiz qalıb. (Report)

 

Избранный
139
6
bakivaxti.az

7Источники