RU

"Qarabağ"ı rəqibin adının qorxutduğu günlərin üstündən çox keçib, "Liverpul"a uduzmayacaqlar"

"Qarabağ"ın veteran futbolçusu Samir Musayev Sportal.az saytına açıqlama verib. O, Ağdam klubunun Çempionlar Liqasındakı uğurlu çıxışından bəhs edib:

"Ayntraxt" zəif komanda deyil, ancaq yenə də “Qarabağ”ın uduzmayacağını deyirdim. Son dəqiqədə vurduğu qolla “Qarabağ” özünəinamı daha da artırdı. Düzdür, “Qarabağ” bu ilk ilk rəsmi matçını “Ayntraxt”a qarşı keçirirdi. Amma hər halda Türkiyədə oyun oynamışdılar və bu oyun tonusu məsələsini aşağı-yuxarı tənzimləyirdi. "Qarabağ" daha istəkli oldu, daha aqressiv və daha konsentrasiyalı idi. Üstəlik, təmsilçimiz topla daha yaxşı oynadığına görə, rəqibdən heç bir detalda geri qalmadı. Ən vacib məqam isə komanda düşən imkanlardan maksimum istifadə etdi”.

O, “Ayntraxt”la görüşdə matçın baş hakim Sandro Şarerin “Qarabağ”ın qapısına təyin etdiyi penaltiyə də şərh verib: “Qarabağ”ın əleyhinə verilən qərarları gördük. Əslində, həm verilən, həm də verilməyən penalti epziodu mübahisəli idi. Ancaq əgər biz qalib gəlməliydiksə, qarşımızı 5 hakim də ala bilməyəcəkdi".

Azərbaycan çempionunun heyətində bombardir olmuş Musayev son vaxtlarda öz performansı ilə diqqət çəkən Joni Montielin performansına da toxunub: "Montiel hələ də komandaya tam uyğunlaşmayıb. “Qarabağ”ın oyun fəlsəfəsini tam öyrənə bilməyib, ona bir az zaman vermək lazımdır. Təbii ki, yaxşı futbolçudur. Məncə, hələ tam hazır deyil”.

Sonda isə Musayev “Qarabağ”ın Çempionlar Liqasının 8-ci turunun “Liverpul”a qarşı səfərdə keçiriləcək oyunundakı şansları barədə bəhs edib: “Nəzərə alsaq ki, “Qarabağ” səfərdə daha yaxşı təsir bağışlayır, məncə komandamız məğlub olmayacaq. “Qarabağ”ı rəqibin adlarının qorxutduğu günlərin üstündən çox keçib. İndi bu komandaya rəqibin adı maraqlı deyil. Ona görə də “Liverpul” üçün də asan olmayacaq. Allahın izni ilə “Qarabağ” pley-off mərhələsində rəqibini gözləyəcək”.

 

saytlarin hazirlanmasi

Избранный
25
1
sportal.az

2Источники