Məsələn, 1 ton məhsulun dəyəri 1000 manatdırsa, 100 km.-lik yol daşınma xərci hesabına onu təxminən 0.8-1.5 % artırır. Eyni məsafə 1 ton məhsulun dəyəri 300-400 man. olan mallarda 2-5 %-lik təsir yarada bilir. Yəniməhsul ucuzlaşdıqca yolun hər kilometri daha ağır hiss olunur.

Bu baxımdan, marşrutun 60-100 kilometr qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarında məhsulun maya dəyərində təxminən 0.3-3% aralığında birbaşa qənaət effekti yaradır. Üstəlik, vaxt itkisi azalır, yanacaq sərfi düşür, sürücü və texniki resurslardan istifadə daha səmərəli olur, gecikmə və məhsul itkisi riskləri zəifləyir.
“Logistika xərci məhsulun qiymətində adətən görünməyən, amma bazar davranışını müəyyən edən əsas amillərdən biridir. Məsafə qısaldıqca regionlararası qiymət fərqləri azalır, tədarük daha stabil olur və Naxçıvan istiqamətində bazarın proqnozlaşdırıla bilmə səviyyəsi yüksəlir. Bu layihənin real iqtisadi dəyəri məhz buradan başlayır. Praktikada 100 kilometrlik yol bəzən məhsulun maya dəyərində 3 faizə qədər fərq yarada bilir. Bu isə artıq bazarda hiss oluna bilən nəticədir”,- ekspert vurğulayıb.