RU

“Turan” Suraxanıda “Sumqayıt”a qalib gələcək? - CANLI YAYIM

Premyer Liqanın XVII turunda bu gün lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, "bayquşlar" sözügedən matçda qələbə qazanmaqla ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldə bilər.

Cari mövsüm ilk və sonuncu qələbəsini II turda əldə edən Yevlax təmsilçisi isə möcüzə axtarışında olacaq.

Bu qarşılaşma "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.

Günün digər oyununda turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaq.

Belə ki, "Turan Tovuz" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək.

Tovuz kollektivinin öz stadionu yenidən təmirə bağlandığından Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu görüşə ev sahibi qismində çıxacaq.

Hər iki klub 27 xala malikdir. Rəqibindən bir oyun az keçirən "Turan Tovuz" dördüncü, "Sumqayıt" isə beşincidir.

Turnir cədvəlinə 37 xalla "Sabah" başçılıq edir. 6 xalı olan "Karvan-Yevlax" sonuncu - on ikinci pillədə yer alıb.

Turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0) məğlub edib.

16:00. Turan Tovuz – Sumqayıt
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:30. Sabah – Karvan-Yevlax
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”

Избранный
93
3
sportinfo.az

5Источники