“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” 100-cü səfər qələbəsini rəqib meydanlarındakı 346-cı qarşılaşmada əldə edib.
“Kəpəz” bu göstəricidə 4-cü nəticəyə malikdir. Yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı” (123) səfərdə daha çox qələbə qazanıb.
Qeyd edək ki, “Kəpəz” rəqib meydanındakı ilk qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə matçda əldə edib – 3:0.
Millimizin üzvü: "Yığmada ilk qolumu vurduğuma görə xoşbəxtəm"
Nigar Mirzəliyeva: "Ölkəmizi tanıtmaq üçün çox çalışacağam"
Lider autsayderə qarşı - YENİLƏNİR
"Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"