RU

1700-ə yaxın bina istiliksiz qaldı

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib.

O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.

“Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb”, – Kliçko yazıb.

O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər. /KONKRET.az /

Избранный
124
6
nocomment.az

7Источники