RU

Deputatlarımız Manamada APA-nın Büro iclasında

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyevin sədrliyi ilə Bəhreyn Krallığının Manama şəhərində təşkilatın APA-nın Büro iclası keçirilib.

Toplantıda Azərbaycan parlamentinin deputatı Səbinə Salmanova, Qətər, Bəhreyn, İran və Rusiya qanunverici orqanlarının nümayəndələri, həmçinin APA BaşKatibi iştirak ediblər.

İclasda APA-nın gündəliyində duran əsas məsələlər, o cümlədən Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunması, APA-nın assosiasiya olunmuş mərkəz və institutlarının yaradılması, habelə “Asiya Parlament Assambleyasının Mədəni Mükəmməllik və Parlament Liderliyi üzrə Mükafatı”nın təsis edilməsi və bu mükafat vasitəsilə Asiyada müxtəlifliyin, birliyin və ortaq dəyərlərin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Assambleyanın institusional fəaliyyətinin təkmilləşdirilməsi, Büro sessiyalarının effektivliyi və qəbul edilən qərarların APA-nın ümumi fəaliyyətinə verdiyi töhfələr qeyd olunub.

Избранный
124
5
aznews.az

7Источники