RU

“Edəcəyimiz bir şey yoxdur, ağır məğlubiyyət aldıq” – Füzuli Məmmədov

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Karvan Yevlax” səfərdə “Sabah”a məğlub olub – 1:4.

Msport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Füzulin Məmmədov oyunu dəyərləndirib:

“Çətin oyun olacağını bilirdik. Bu matça çox ciddi hazırlaşmışdıq. Komandanı maksimum dərəcədə kökləmək istədik. Bilirdik ki, “Sabah”ın heyətində güclü futbolçular var. Necə oynayacaqları barədə də futbolçulara təhlillər zamanı göstərmişdik. İlk dəqiqələrdən xırda səhvlər etdik. Təbii ki, bu cür rəqiblərlə matçda bu tip xırda səhvlər qapıda qolla nəticələnir. Erkən qollar istər-istəməz bizə təsir etdi. Edəcəyimiz bir şey yoxdur, ağır məğlubiyyət aldıq. Çalışacağıq ki, matçlardakı səhvləri təhlillər zamanı futbolçulara göstərək və həftə ərzində hazırlaşaq. Çünki 4 gündən sonra oyunumuz var. Ciddi hazırlaşacağıq. Futbolçularım bu gün meydanda mübarizə aparmağa çalışdı. Belə oyunlar olur. Qarşıdakı matçlara hazırlaşacağıq.

– Əsas rəqibləriniz – “Kəpəz” və “Qəbələ” qələbə qazandı. “Karvan-Yevlax” isə “Sabah”a uduzdu. Həyəcan siqnalı getdikcə artır?

– Bizim üçün çətindir. Amma skomandamız son ana kimi vuruşacaq. Bizi qarşıda yaxşı oyunlar gözləyir.

– Transferlər olacaq?

– Artıq transferlər bitib. Bu heyətlə davam edəcəyik. Qarşıdakı matçlarda qələbə qazanmalıyıq.

Избранный
20
7
msport.az

8Источники