RU

HƏMAS sonuncu girovun dəfn olunduğu yer barədə məlumat verdiyini açıqlayıb

BAKI, 25 yanvar. TELEQRAF

Fələstin HƏMAS hərəkatı Qəzza sektorunda saxlanılan sonuncu israilli girovun qalıqlarının dəfn olunduğu yer barədə bütün məlumatları vasitəçilərə təqdim etdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə HƏMAS "Telegram" kanalında açıqlama yayıb.

Bildirilir ki, israilli hərbçi Ran Qvilinin qalıqlarının yerləşdiyi ərazi ilə bağlı mövcud olan bütün məlumatlar vasitəçilərə ötürülüb.

“Dediklərimizin doğruluğunu İsrailin hazırda göstərdiyimiz ərazidə cəsədin axtarışını aparması da təsdiqləyir”, – deyə açıqlamada vurğulanır.

Избранный
145
2
teleqraf.com

3Источники