RU

“Edəcəyimiz bir şey yoxdur” – Füzuli Məmmədov

“Çətin oyun olacağını bilirdik. Bu matça çox ciddi hazırlaşmışdıq. Komandanı oyuna maksimum dərəcədə kökləmək istədik. Bilirdik ki, “Sabah”ın heyətində güclü futbolçuları var. Necə oynayacaqları barədə də futbolçulara təhlillər zamanı göstərmişdik. İlk dəqiqələrdən xırda səhvlər etdik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 17-ci turunun “Sabah”la(4:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Təbii ki, bu cür rəqiblərlə matçda bu tip xırda səhvlər qapıda qolla nəticələnir. Erkən qollar istər-istəməz bizə təsir etdi. Edəcəyimiz bir şey yoxdur. Ağır məğlubiyyət aldıq. Çalışacağıq ki, matçlardakı səhvləri təhlillər zamanı futbolçulara göstərək və həftə ərzində hazırlaşaq. Çünki 4 gündən sonra oyunumuz var. Ciddi hazırlaşacağıq. Futbolçularım bu gün meydanda mübarizə aparmağa çalışdı. Belə oyunlar olur. Qarşıdakı matçlara hazırlaşacağıq”.

 

Избранный
14
7
idmanxeber.az

8Источники