RU

Argentina millisinin üzvü ağır zədə aldı - DÇ-2026-nı buraxacaq

İspaniyanın "Vilyarreal" futbol klubu və Argentina millsinin müdafiəçisi Xuan Foyt İspaniya La Liqasının 21-ci turunda "Real Madrid"lə qarşılaşmada dabanından ağır zədə alıb.

Redaktor.az xəbər verir ki, zədə barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Hazırkı dünya çempionunun ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını böyük ehtimalla buraxmalı olacağı bildirilib.

Foytun tezliklə əməliyyat olunacağı qeyd edilib.

Məlumata görə, futbolçunun daban vətəri zədələnib. Belə bir zədənin sağalması adətən altı aydan doqquz aya qədər çəkir. Bu, o deməkdir ki, oyunçu 11 iyun - 19 iyul tarixlərində keçiriləcək 2026-cı il dünya çempionatınadək hazır olmayacaq.

Избранный
29
redaktor.az

1Источники