RU

Çinlə bağlanacaq ticarət razılaşması Kanada üçün ağır nəticələr doğuracaq - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişinin Kanada üçünson dərəcə mənfi təsirlərə səbəb olacağına əmin olduğunuaçıqlayıb.

Trend xəbər verir ki, Amerikalideri bu fikirləri Truth Social sosial şəbəkəsində paylaşıb.

“Kanada özünü addım-addım zəiflədib. Çinlə razılaşma Kanada üçünfəlakət deməkdir. Bu saziş tarixə ən uğursuz razılaşmalardan birikimi düşəcək”, – Tramp paylaşımında qeyd edib.

O, Kanada şirkətlərinə istinad edərək, onların bizneslərininkütləvi şəkildə ABŞ-yə köçürüldüyünü də vurğulayıb.

ABŞ Prezidenti Kanadanın mövcudluğunu qoruyub inkişaf etməsiniistədiyini bildirib. Bununla yanaşı, o, Kanada avtomobil sənayesitəmsilçilərinin çıxış etdiyi videonu paylaşaraq izləməyi tövsiyəedib. Həmin çıxışda, digər mövzularla yanaşı, ABŞ ilə ticarətəlaqələrinin saxlanılmasının əhəmiyyəti önə çəkilib.

Избранный
32
1
az.trend.az

4Источники