RU

Kuba prezidenti ABŞ-yə sərt şəkildə xəbərdarlıq edib

BAKI, 26 yanvar. TELEQRAF

Kuba prezidenti Migel Dias-Kanel Bermudes ABŞ-ni Havanaya qarşı istənilən hərbi təcavüzün Vaşinqton üçün ciddi və baha başa gələn nəticələr doğuracağı barədə xəbərdar edib.

Teleqraf xəbər verir ki, Dias-Kanel bu barədə Kubanın "Caribe" telekanalına açıqlamasında danışıb.

Prezident bəyanatını Milli Müdafiə Günü çərçivəsində tank hissəsinə səfəri zamanı səsləndirib. O, şərti düşmənlə döyüşü imitasiya edən taktiki təlimləri izləyib.

“Ən yaxşı qoruyucu amil ondan ibarətdir ki, imperializm ölkəmizə hücumun onun üçün hansı baha qiymətə başa gələcəyini əvvəlcədən hesablamağa məcbur olsun. Bu isə birbaşa bizim hərbi hazırlıq səviyyəmizlə bağlıdır”, - Kuba lideri vurğulayıb.

Səfər zamanı Dias-Kanel hava hücumundan müdafiə bölmələrinin vəziyyəti ilə də tanış olub, ərazi milis qüvvələrinin hazırlığını yoxlayıb. O, həmçinin tələbələrin atıcılıq və mühəndis işi üzrə təlimlərə cəlb edilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib.

Prezident Kubada uzun illərdir tətbiq olunan “bütün xalqın müharibəsi” hərbi konsepsiyasının həyata keçirilməsində gənclərin iştirakının vacibliyini də xatırladıb.

Избранный
86
3
teleqraf.com

4Источники