RU

Sepsis, meningit və ölüm – Rusiyada ölümcül virus TƏHLÜKƏSİ

Nipah virusunun Rusiyaya yayılmasının real riski var.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tanınmış epidemioloq Ginzburq Rusiyaya ölümcül Nipah virusunun keçmə riskinin real olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, bu infeksiyaya qarşı xüsusi dərman yoxdur və xəstəliyin nəticəsi birbaşa insanın immunitetindən asılıdır.

İmmun müdafiəsi zəif olan şəxslərdə virus sepsis, ağır pnevmoniya, meningit və ölümlə nəticələnə bilər.

Bildirilir ki, bu təhlükə Rusiya və Hindistan arasındakı aktiv hava əlaqəsi ilə bağlıdır.

Turistlər və əmək miqrantları, hətta tətbiq edilən mövcud karantin tədbirlərinə baxmayaraq, virusun ölkəyə daxil olma ehtimalını yaradırlar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
61
interpress.az

1Источники