Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumunu yeniləyib.
Bizim.Media xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,65% artaraq 5 100,21 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 6,17% artaraq 107,58 ABŞ dolları olub.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 03:14-ə qədər qızılın qiyməti bir troya unsiyası üçün 5 020,7 dollara çatmışdı.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта