RU

Sumqayıtda dəm qazından daha iki nəfər zəhərləndi

Sumqayıtda dəm qazından zəhərlənmə faktları qeydə alınıb.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, hadisələr şəhərin müxtəlif ərazilərində baş verib. Belə ki, Sumqayıt şəhər 23-cü məhəllə, Katej ərazisində yaşayan, 1993-cü il təvəllüdlü Mikayılzadə Elvin İsa oğlu hamam otağında dəm qazından zəhərlənib.

Onun vəziyyətinin orta olduğu bildirilir. Zərərçəkən hazırda Sumqayıt şəhər Travmatologiya şöbəsinin təcili yardım bölməsində müalicə alır.

Digər hadisə Sumqayıt şəhər 20-ci məhəllədə qeydə alınıb. 2008-ci il təvəllüdlü Rəhimli Nərmin Seymur qızı hamam otağında dəm qazından zəhərlənib. O, Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.

Turab

Избранный
60
4
nocomment.az

5Источники