RU

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyində iclas keçirilib

Yanvarın 24-də "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyində 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra birliyin sədri Mayis Gülməmmədov çıxış edərək 2025-ci ildə birliyin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Tədbirdə eyni zamanda 2026- cı ildə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib, şəhid ailələri tərəfindən verilən təkliflər dinlənilib.

Sonda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciət məktubunu "Naxçıvan Şəhid Ailələri" İctumai birinin sədri Mayis Gülməmmədov səsləndirib.

Bəxtiyar ƏLİYEV 

"Naxçıvan Şəhid Ailələri" İctumai Birliyinin mətbuat katibi



Избранный
119
19
herbiand.az

10Источники