RU

SOCAR-ın “Kompleks qazma işləri” tresti “Qərbi Abşeron” yatağında daha bir quyunun qazıntısını başa çatdırır

Bakı. Trend:

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında“Kompleks qazma işləri” tresti tərəfindən 2026-cı ilin qazmaplan-qrafikinə uyğun olaraq növbəti uğurlu qazma əməliyyatı həyatakeçirilib.

Trend bu barədə"SOCAR CDWT"yə istinadən xəbər verir.

Belə ki, “Qərbi Abşeron” yatağında yerləşən 28a saylı yan lüləquyusu SOCAR tarixində bu günədək ən uzun horizontal açıq lüləylə(522 metr) tamamlanan quyu kimi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəlki rekord göstərici (515 metr) 2025-ciilin sonlarında eyni yataqda qazılmış 25a saylı quyuda qeydəalınıb. Bununla KQİT, 2025-ci ildə əldə etdiyi rekordu yeniləyərəkyeni bir rekorda imza atmışdır.

Quyuda qazma prosesi Geoloji Xidmət tərəfindən təqdim edilmişfaktiki karotaj məlumatları əsasında və verilmiş tapşırıqlara uyğunolaraq geonaviqasiya müşayiəti (geosteering) xidməti formatındahəyata keçirilmişdir.

Əldə olunan bu uğurlu nəticələr “Azneft” İB, KQİT və əməkdaşlıqetdiyi servis şirkətlərin yüksək peşəkarlığının, güclü texnikipotensialının və davamlı inkişaf strategiyasının barizgöstəricisidir.

Qeyd edək ki, "Qərbi Abşeron" yatağı Xəzər dənizinin Abşeronarxipelaqının şimal-qərbində, Abşeron yarımadasının isə şimalında,Bakı şəhərindən 65 km məsafədə yerləşir. "Qərbi Abşeron" yatağı1958-ci ildə kəşf edilib və ərazi sərt iqlim və meteorolojişəraitlə xarakterizə olunur. Strukturun neftlə zənginliyi məhsuldarqatın Kirməki və Aşağı Kirməki layları ilə əlaqədardır və bulaylarda hasilata 1996-cı ildə başlanılıb.

Məqalədə:
Избранный
146
az.trend.az

1Источники