RU

7 restoranda "Qırmızı kitab"a düşən heyvanların əti satılıb

Bakı. Trend:

Ötən il 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi vəturac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb,qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.

Trend xəbərverir ki, bunu AQTA-nın sədr müavini Əziz Şərifov 2025-ci ilinyekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, parılan yoxlamalar zamanı mal əti adı iləsatışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sırahallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkaredilib:

"İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsüyaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərəktoyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısıalınıb.

Eyni zamanda bəzi məhsullarda dadlandırıcı maddələrin normadanartıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlərgörülüb. Bundan başqa, ov ətlərindən qanunsuz istifadə faktlarınada rast gəlinib. Hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmişoxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsiaşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib".

Избранный
65
12
az.trend.az

10Источники