RU

Çin snayper PUA-nı sınaqdan keçirdi


Çində gövdəsinə adi piyada avtomatı quraşdırılmış eksperimental pilotsuz uçuş aparatının (PUA) uçuş sınaqları başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti nəşr olunmuş bir araşdırmaya istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, sınaq zamanı PUA hədəfdən 100 metr məsafəyə 20 dəfə atəş açıb və 100% dəqiqlik nümayiş etdirib.
50 metrlik daha qısa məsafədə aparılan sınaqda sistemin hədəfə açdığı 20 atəşdən 19-u uğurlu olub.
Pilotsuz təyyarəni istehsal edən “Wuhan Guide Infrared” şirkətinin baş mühəndisi Tszyan Xuatszyan uğursuz atışın PUA ilə yox, sursatla bağlı olduğunu bildirib.
Избранный
173
1
yeniavaz.com

2Источники