RU

İrandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb

İranda iqtisadi problemlər səbəbindən başlayan kütləvi etirazlar zamanı həyatını itirənlərin sayı 5 848 nəfərə yüksəlib, 41 283 nəfər isə saxlanılıb.

Bu barədə ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

HRANA-nın açıqlamasına görə, ölkənin müxtəlif bölgələrində baş verən qarşıdurmalar nəticəsində ölənlər arasında 209 təhlükəsizlik əməkdaşı da var. Agentlik bir gün əvvəl yaydığı məlumatda ölənlərin sayının 5459 nəfər olduğunu bildirmişdi.

Qeyd edək ki, İran Şəhidlər və Qazilər Fondu yanında Məhkəmə-Tibbi Ekspertiza Qurumu dünən verdiyi açıqlamada, etirazlar zamanı baş verən hadisələr nəticəsində 3 117 nəfərin həlak olduğunu bildirmişdi.

Избранный
27
7times.az

1Источники