RU

Siyəzənli mühəndisin heyrətamiz “tullantı” kolleksiyası – FOTOLAR

Siyəzən, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC

Siyəzənli mühəndis Cavid Yəhyayev 13 ildir ki, hamımızın “zibil” deyib atdıqlarını sənət əsərinə çevirir. Onun əl işləri ilə həm ekologiyanı qoruyur, həm də görənləri heyran qoyur.

Çoxumuz üçün yararsız avtomobil şinləri, boş şirə qabları və ya paslı metal hissələri sadəcə tullantıdır. Lakin Cavid Yəhyayev üçün bunlar yeni bir əsərin tərkib hissələridir. Mühəndis dəqiqliyi və rəssam təxəyyülü birləşdikdə ortaya 150-dən çox maraqlı eksponat çıxıb.

Cavid bəyin bu fəaliyyəti sadəcə hobbi deyil, həm də sosial ismarıcdır. Onun əsas qayəsi tullantıların həcmini azaltmaq, əşyaların təkrar emalının mümkünlüyünü sübut etmək, insanlarda ekoloji məsuliyyət hissini artırmaqdır.

“Məqsədim tullantıların sayını azaltmaq və onlardan estetik bir nümunə yaratmağın mümkün olduğunu göstərməkdir”, - deyə Cavid Yəhyayev bildirir.

AZƏRTAC-ın bölgə müxbiri siyəzənli mühəndisin heyrətamiz “tullantı” kolleksiyasını təqdim edir.

Избранный
39
azertag.az

1Источники