RU

Rusiya-Ukrayna müharibəsi DALANA DİRƏNDİ – Dəhşətli HÜCUMA HAZIRLIQ

Ukrayna ətrafında aparılan danışıqlarda yüksək nəticə əldə olunacağına ümid etmək düzgün deyil, qarşıda çox mürəkkəb və uzunmüddətli proses dayanır.

Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Ukrayna üzrə üçtərəfli təmasların davamı gələn həftəyə planlaşdırılır, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Onun sözlərinə görə, bu danışıqlarda dostyana mühit gözləmək çətindir, amma proses gedirsə, mütləq nəyəsə nail olmağa cəhd göstərilməlidir.

Qeyd edilib ki, bu açıqlama müharibənin daha da şiddətlənəcəyinə, yaxın günlərdə Ukraynaya daha güclü hücumlar ediləcəyinə bir işarədir.

Samir Əsədli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, Rusiya nümayəndə heyətinin tamamilə Müdafiə Nazirliyinin xətti ilə formalaşdırılması Moskvanın bu prosesi siyasi dialoq deyil, müharibənin texniki davamı kimi gördüyünü açıq şəkildə ortaya qoyur:

“Bu yanaşma Kremlin danışıqlardan kompromis yox, vaxt qazanmaq və cəbhədə mövqelərini möhkəmləndirmək üçün istifadə etdiyini göstərir. Diplomatik çevikliyin yoxluğu Rusiyanın münaqişəyə yalnız güc dili ilə yanaşdığını bir daha təsdiqləyir. Eyni vaxtda Ukraynanın daxili vəziyyəti danışıqların psixoloji fonunu daha da ağırlaşdırır. Enerji infrastrukturunun iflic vəziyyətdə olması, sərt qış şəraiti, dərman və su ehtiyatlarının yığılması ilə bağlı çağırışlar Kiyevin yalnız hərbi deyil, humanitar baxımdan da ciddi sınaqdan keçdiyini göstərir. Rusiya isə bu humanitar böhranı yumşaltmaq əvəzinə, mülki infrastrukturu hədəfə almaqla təzyiq alətinə çevirir ki, bu da beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Şərhçinin sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında aparılan bu dialoq bir tərəfdən müharibənin dondurulması ehtimalını gündəmə gətirir, digər tərəfdən isə yeni gərginlik xətləri yaradır:

“Xüsusilə Moskvanın “təhlükəsizlik təminatları” adı altında irəli sürdüyü tələblər faktiki olaraq Ukraynanın suveren qərarvermə hüququnun məhdudlaşdırılmasına yönəlib. Ərazi, təhlükəsizlik təminatları və gələcək hərbi balans məsələləri razılaşdırılmadan hər hansı sənədin uzunömürlü olacağı sual altındadır. Rusiyanın əvvəlki razılaşmalara əməl etməməsi bu şübhələri daha da gücləndirir.

Beynəlxalq sistemdə güc balansının dəyişməsi əsas amillərdən biridir. Böyük dövlətlər arasında təsir dairələri uğrunda mübarizə, strateji regionlara nəzarət istəyi və təhlükəsizlik maraqları regional münaqişələri dərinləşdirir. Rusiya postsovet məkanını hələ də “təbii təsir zonası” kimi görərək bu münaqişələri qızışdıran əsas aktorlardan biri kimi çıxış edir. Bir çox lokal münaqişə əslində daha böyük geosiyasi qarşıdurmaların vasitəli formasıdır. Qlobal və milli səviyyədə gəlir bölgüsündəki uçurum cəmiyyətlərdə narazılığı artırır. İşsizlik, yoxsulluq, resurslara çıxışın məhdudluğu xüsusilə gənc əhali arasında radikallaşma riskini yüksəldir. Sosial-iqtisadi problemlər siyasi manipulyasiya üçün əlverişli zəmin yaradır. Avtoritar rejimlər, o cümlədən Rusiya, bu narazılıqları daxili problemlərdən diqqəti yayındırmaq və xarici düşmən obrazı yaratmaq üçün məqsədli şəkildə istismar edir”.

Избранный
32
nocomment.az

1Источники