RU

Ana ölümü sayını azaltmaq üçün riskli kritik halların qarşısını almaq vacibdir – Komissiya sədri

Bakı. Trend:

Ana ölümlərinin azaldılması təkcə ölüm hallarına fokuslanmaqlamümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu proses ölümlənəticələnməyən kritik halların azaldılması ilə birbaşabağlıdır.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, bu anlayış ölüm təhlükəsindən xilas edilənanaları ifadə edir:

“Ana və uşaq ölümlərinin azaldılması bütün dünyada prioritetməsələdir. Son illərdə mütləq rəqəmlərdə ciddi azalma qeydə alınıb.TƏBİB tabeli tibb müəssisələrində hamiləlik, doğuş və zahılıqdövrlərində ana ölümü və erkən neonatal dövrdə körpə ölümü, eləcədə ağırlaşmış doğuş hallarının təhlili aparılır.

İngiltərədə hər 118 ölümlə nəticələnməyən kritik hala 1 anaölümü düşürsə, Hindistanda bu göstərici 6-ya qarşı 1-dir.

Bu səbəbdən TƏBİB tabeli tibb müəssisələrində ana ölümləri iləyanaşı, ölümlə nəticələnməyən kritik hallar da təhlil edilir. Sualbelə qoyulur: Neçə ananı ölümün pəncəsindən xilas edə bilmişik vəneçə ananı itirmişik? Bu yanaşma həm sistemdəki boşluqları, həm dəmümkün tibbi səhvləri üzə çıxarmağa imkan verir”.

Избранный
80
3
az.trend.az

4Источники