RU

Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs "Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisi" üzrə tenderi yekunlaşdırıb.

Marja.az xəbər verir ki, tenderdə qalib şirkət "T.T.Ş.-İNŞAAT" MMC-dir. 

Qalib şirkət ilə məbləği 37 milyon 772 min 139 manat olan müqavilə imzalanıb. 

Tenderdə ehtimal olunan qiymət 53 milyon 290 min manat idi. 

T.T.Ş.-İnşaat” MMC-nin veb-saytında bildirilir ki, Şirkət həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindəndir. Məhdud Məsuliyyətli Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa, “T.T.Ş.-İnşaat” Gürcüstan, Qazaxıstan və Özbəkistanda da müxtəlif infrastruktur layihələrində iştirak edir. “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti publik hüquqi şəxs Ağdam şəhəri magistral su xətləri tullantı su xətləri yağış kollektorları su təchizatı infrastrukturu kanalizasiya sistemi tullantı su təmizləmə qurğusu layihə-smeta sənədləri infrastruktur tikintisi dövlət tenderi tenderin yekunlaşması tender qalibi T.T.Ş.-İnşaat MMC müqavilə məbləği 378 milyon manatlıq layihə ehtimal olunan qiymət iri infrastruktur layihələri su və kanalizasiya layihələri regional inkişaf bərpa və yenidənqurma işləri beynəlxalq tikinti fəaliyyəti
Избранный
77
1
marja.az

2Источники