Spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibinin genişləndiyini qeyd edib. O, bu dövrdə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu öz növbəsində təşkilatın gündəliyindəki məsələləri daha operativ şəkildə nəzərdən keçirməyə və müzakirə etməyə imkan verir. Bununla yanaşı, Assambleyanın fəaliyyətini gücləndirəcək yeni mexanizmlərin yaradılmasına böyük diqqət yetirildiyi, o cümlədən Azərbaycan tərəfindən Qadınlar üzrə Komissiyanın təsis edilməsi təşəbbüsünün irəli sürüldüyü vurğulanıb. Həmçinin bildirilib ki, sədrliyimiz dövründə APA-nın büdcəsinin formalaşdırılmasına dair qərar üzrə konsensus əldə edilib ki, bu da Assambleyanın imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31