RU

Mindən çox şəxsə əlavə təminat verilib

 2025-ci il ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində 13,7 min əlilliyi olan şəxs reabilitasiya və təminat xidmətləri ilə əhatə olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə agentliyin İdbarə Heyətinin sədri Ramin Rzayev məlumat verib.

Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə 111,7 min reabilitasiya və yardım vasitəsi təqdim edilib. Eyni zamanda, 1 050 nəfər əlilliyi olan şəxs xüsusi layihələr çərçivəsində əlavə təminatla əhatə olunub.

Ramin Rzayev bildirib ki, 2022-ci ildə bu sahə üzrə 6 300 müraciət əsasında qiymətləndirmə aparılıb və 4 500 nəfər müvafiq təminatla təmin edilib. Təqdim olunan şəxslərin bir hissəsinə arxivləşdirilmiş və fərdi ehtiyaclara uyğun yardımçı vasitələr də verilib.

O vurğulayıb ki, 2024-cü il layihələri çərçivəsində 1 700 nəfər təminatla əhatə edilib, 2025-ci ildə isə bu göstərici 7 200 nəfərə çatdırılıb.

Избранный
115
cebheinfo.az

1Источники